8 dekabr 2016 11:30
Fiorentina Qarabağla oyuna bu heyətlə çıxacaq
İtaliyanın "Fiorentina" klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı səfər oyununa hansı heyətlə çıxacağı müəyyənləşib. Azerisport.az xəbər verir ki, İtaliya mətbuatı baş məşqçi Paulo Souzanın Bakıda 4-2-3-1 taktikasına güvənəcəyini və meydana bu heyəti buraxacağını yazır:
Çiprin Teteruşanu, Davide Astroi, Hrvoe Miliç, Qonsalo Rodriqes (k), Nenad Tomoviç, Milan Badel, Federiko Bernardeski, Sebastyan Kristoforo, Kristian Telyo, Federiko Kyeza, Nikola Kaliniç.
Qeyd edək ki, "Qarabağ" - "Fiorentina" oyunu bu gün saat 20:00-da start götürəcək.
