8 dekabr 2016 11:00
Martin Şmidt Qəbələni təriflədi
Almaniyanın "Maynts" klubunun baş məşqçisi Martin Şmidt Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri son oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Rəqibdən güclü olduğumuzu bilirik və qələbə qazanmaq üçün yetərli keyfiyyətlərimiz var. "Qəbələ" ilə oyunun müsbət nəticəsi bizim Münhenqladbax "Borussiya"sı ilə oyuna daha yaxşı ab-havada hazırlaşmağımıza kömək edəcək. "Qəbələ" qrup mərhələsində pis təsir bağışlamayıb. Bütün oyunlara məğlub olmasına baxmayaraq, onlar bəzi oyunlarda rəqibdən hətta daha yaxşı təsir bağışlayıblar".
