8 dekabr 2016 23:52

Qəbələ yenə məğlub oldu

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qəbələ" də son oyununa çıxıb.

Əvvəlki beş matçın hamısında uduzan Roman Qriqorçukun komandası səfərdə Almaniyanın "Maynts" klubu ilə üz-üzə gəlib. "Qəbələ" üçün bu oyunun heç bir ciddi əhəmiyyəti qalmamışdı. Təmsilçimiz sadəcə, qrup mərhələsini xalsız başa vurmamaq üçün mübarizə aparacaqdı ki, buna da nail olması çətin görünürdü. Gözləniliyi kimi, matç "Qəbələ"nin məğlubiyyəti ilə bitib.

Qeyd edək ki, C qrupunun digər oyununda Belçika "Anderlext"i doğma meydanda Fransa "Sent-Etyen"i ilə münasibətlərinə aydınlıq gətirib. Fransa klubu səfərdə əzmkar qələbə qazanıb - 3:2.

Avropa Liqası
C qrupu

8 dekabr

“Maynts” - “Qəbələ” - 2:0 (2:0)
Qollar: A.Hak, 30 (1:0). P.D.Blasis, 40 (2:0).
Sarı vərəqə: Q.Byussmann, 66. H.Samperio, 76.
Baş hakim: Simon Li Evans (Uels).
Maynts. "Maynts Arena".

"Maynts": 33. Yannik Hut, 2. Culio Donati, 15. Con Kordoba (36. Aron Seydel, 81), 16. Ştefan Bell (k), 17. Hayro Samperio, 20. Fabian Fray, 22. Andre Ramalo, 24. Qaetan Byussmann, 25. Jan-Filipp Qbamen (10. Yunus Mallı, 69), 32. Pablo de Blasis (38. Herrit Holtman, 87), 42. Aleksandr Hak.
Ehtiyat oyunçular: 1. Yonas Lossl, 3. Leon Baloqun, 8. Levin Öztunalı, 18. Daniel Brozinski.
Baş məşqçi: Martin Şmidt.
"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadiqov (k) (10. Ruslan Qurbanov, 46), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov (21. Roman Hüseynov, 77), 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks (4. Elvin Camalov, 86), 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 17. Məhəmməd Mirzəbəyov, 30. Petar Franyiç, 44. Rafael.
Baş məşqçi: Roman Qriqorçuk.

1Sent-Etyen633085+312
 2Anderlext6321168+811
 3Maynts6231810–29
 4Qəbələ6006514–90

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.