Ruslan Qurbanov: Yaxşı nəticə üçün gəlmişik
UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun sabah baş tutacaq “Maynts” (Almaniya) – “Qəbələ” oyunu öncəsi “qırmızı-qaralar”ın hücumçusu Ruslan Qurbanov fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında azarkeşləri sevindirmək niyyətində olduqlarını açıqlayıb:
“Oyun barədə onu deyə bilərəm ki, matça çox ciddi hazırlaşmışıq. Səfər oyununa yaxşı nəticə üçün gəlmişik. Yaxşı nəticə qazanıb, Qəbələyə yüksək əhval-ruhiyyə ilə qayıtmaq istəyirik ki, ilin son matçlarına hazırlaşaq. Lakin indi yalnız “Maynts”la oyunu düşünürük. Bizim yaxşı imkanlarımız da oldu, amma şansları qaçırdıq. Lakin futbolda belə hallar olur. Hardasa bəxtimiz gətirmədi, hardasa hazır olmadıq. İstəyirik ki, sabah yaxşı, gözəl futbol nümayiş etdirib, fanatlarımızı, Azərbaycanda “Qəbələ”yə azarkeşlik edəcək hər kəsi sevindirək”.
