7 dekabr 2016 23:00

Roman Qriqorçuk: Qəbələdə hələ çox şey çatmır

UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun sabah baş tutacaq “Maynts” (Almaniya) – “Qəbələ” oyunu öncəsi “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun iştirakı ilə mətbuat konfransı keçirilib. Azerisport.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:

“Builki çıxışımızdan razıyıq. Ardıcıl ikinci dəfə UEFA Avropa Liqasının qrupuna düşdük. Bu, bizim üçün böyük hadisə, böyük nailiyyətdir. Bütün bunlara sevinirik. Sabah top-çempionatda iştirak edən komanda ilə görüşəcəyik. Bizim üçün bu da bir hadisə, nə isə öyrənmək üçün şansdır. Yüksək səviyyəli bir rəqiblə qarşılaşmaq imkanı əldə etmişik. Bunda yalnız müsbət məqamlar görürük. Belə imkandan tam yararlanmağa çalışacağıq.

Qrupda 5 oyun keçirib, qalib gəlməmişik və aydın məsələdir ki, mərhələni adlaya bilmədik. Lakin buna üzülməyə dəyməz. Çünki hər şeyə real yanaşırıq. Komandada hələ çox şey çatmır. Biz nəyin kifayət etmədiyini başa düşürük. Qrupda qarşılaşdığımız rəqiblərin səviyyəsinə yaxınlaşmaq üçün hələ çox çalışmalıyıq. “Maynts”, “Anderlext” və “Sent-Etyen” güclü çempionatlarda çıxış edir. Biz bu komandalarla fərqli qütblərdəyik. Lakin bu haqda düşünüb, təslim olmuruq.

Cari mövsümkü çıxışımız zamanı inkişaf diqqət çəkirdi. Onlarla ilk qarşılaşmalarda bütün komponentlərdə fərq çox böyük və aşkar idisə, ikinci matçlarda daha yaxşı təsir bağışladıq. Həmin matçlarda bərabər mübarizə apardıq və hadisələrin uğurlu axarında xal qazanıb, qələbə də əldə edə bilərdik. Onda hesabımızda da çox xal olardı. Nəticələrimizlə bağlı mənfi hisslərimiz yoxdur. Yüksək səviyyədə oynamaq imkanından özümüz üçün mümkün qədər yararlandıq. Çox şey öyrəndik, təcrübə topladıq. Bir az təəssüf hissi var ki, son iki oyunda - “Sent-Etyen” və “Anderlext”lə görüşlərdə xal qazana bilmədik. Futbolda inkişafdan danışmaqla yanaşı, bunu qazanılan xalla da təsdiqləmək vacibdir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.