7 dekabr 2016 20:15

Paulo Souza: Qarabağı Avropada yaxşı tanıyırlar

Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq "Fiorentina"nın baş məşqçisi Paulo Souza mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, İtaliya təmsilçisinin portuqaliyalı məşqçisi öncə bunları söyləyib:

- İlk dəfədi açıq məşqi 15 dəqiqə deyil, tam şəkildə izləmək şansı verildiyini görürük. Bu, arxayınlıqdan qaynaqlanır, yoxsa başqa səbəb var?
- Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. "Qarabağ" da bu sıraya daxildi. Elitar məşqçiləri var, keyfiyyətli futbolçulara sahibdilər. Sadəcə, biz dəfələrlə bu imkanı yaratmışıq. Bizimlə jurnalistlər gəliblər. Yerli jurnalistlərə də işləməyə imkan veririk.

- PAOK-a uduzarkən azərbaycanlı futbolsevərlərin hansı hissləri keçirdiyini təsəvvürünüzə gətirdinizmi?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Həmin oyunda da əlimizdən gələn hər şeyi etdik. Təəssüf ki, məğlub olduq.

- "Qarabağ"la ilk oyunda rəqib komandanıza xeyli problem yaratdı. Sabahkı oyun haqda nə düşünürsünüz?
- "Qarabağ" qrupda ən güclü rəqiblərdən biridi. Bəli, evdə ilk 20 dəqiqədə çətinlik yaşadıq. Ancaq sonra sürəti artırdıq və istəyimizə çatdıq. Sabah da başlıca məqsədimiz topla və topsuz təşəbbüsü əldən verməməkdi. Düzdür, artıq pley-offdayıq, amma bu, arxayınlaşmağımıza əsas vermir.

- Start "11-liy"ini açıqlaya bilərsinizmi?
- Qoy sirr qalsın. Sabah öyrənəcəksiniz.

- Nəyə görə söyləməkdən boyun qaçırdığınızı da deməyəcəksiniz?
- İtalyan həmkarlarınızdan soruşun. Onlar bizim start heyətini həmişə dəqiqliyi ilə tapırlar. Futbolçulara heyəti açıqlamayınca, mediaya söyləyə bilmərəm.

- Qarabağ tarixi barədə məlumatınız varmı?
- Xeyr, xəbərsizəm. Ancaq bir şeyi deyə bilərəm ki, komandanız Avropada özünü artıq hamıya tanıdıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.