7 dekabr 2016 18:30

Qurban Qurbanov: Qərarı Rəşad Sadıqov özü verəcək

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "Fiorentina"sına qarşı oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

"Qrupda son oyunumuzdur. Hər növbəti oyun ən vacib olur. Amma bu, sonuncu və daha vacib bir qarşılaşma olacaq. Yaxşı şansımız var. Bu şansdan yararlanmaq istəyirik. Amma rəqib "Fiorentina"dır. İtaliya klublarına qarşı oynamaq həmişə çətin olur. Yaxşı futbol göstərmək istəyirik".

Qurbanovun sözlərinə görə, komandası "Fiorentina"ya layiqli müqavimət göstərə bilər: "Əvvəllər olmadığı qədər diqqətli oynamalıyıq. Futbolçularda məsuliyyət hissi böyükdür. Bakıda böyük beşlik ölkələrinin təmsilçilərinə qarşı pis oynamırıq. Amma hər dəfə nəsə mane olur".

"Belə oyunlarda bizə ən çox mane olan rəqibdir. "Fiorentina" digər rəqiblərimizdən fərqlənir. Bu, elə komandadır ki, oyunun gedişində çox müxtəlif formalı hücumlar qurur. Rəqibin təcrübəli olması da bizə mane ola bilər. "Fiorentina" futbolçular topla oynamağı sevirlər. Amma bizim də bacardığımız nələrsə var. Rəqibdən çəkinmirik".

Qurbanov kapitan Rəşad Sadıqovun oynamaq ehtimalına da toxunub: "Onun meydana çıxmaq ehtimalı var. Böyük ehtimalla buna Rəşad özü qərar verəcək. PAOK-la oyunda meydana çıxmasını mən istəmişdim. İndi isə fərqli zədədir. Mən onu meydanda görmək istəyirəm, amma qərarı özü verməlidir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.