7 dekabr 2016 18:15
Qara Qarayev: Əlimizdən gələni edəcəyik
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "Fiorentina"sına qarşı oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Qrupdan çıxmağı, pley-offa vəsiqə qazanmağımızı hamı istəyir. Bütün ölkə bizdən uğur gözləyir. Bunun üçün əlimizdən gələni edəcəyik. Amma buna nail olmaq çox çətin olacaq".
