7 dekabr 2016 18:00
Dino Ndlovu: İtaliya klublarına qarşı oynamaq çətindir
"Qarabağ"ın hücumçusu Dino Ndlovu Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "Fiorentina"sına qarşı oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Sabah bizi çox vacib oyun gözləyir. Baş məşqçimizin də dediyi kimi, İtaliya klublarına qarşı oynamaq çətindir. Amma biz maksimum bacardığımız nümayiş etdirməyə çalışacağıq".
