7 dekabr 2016 16:20
David Canelidze: Onun niyə belə dediyini anlamıram
AZAL-ın hücumçusu David Canelidze bəyan edib ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunun danışılmış olması barədə iddialara yalandır. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən meydana ikinci hissənin sonunda daxil oldum. Baş məşqçiyə əsas heyətdə oynamağa layiq olduğumu göstərmək istəyirdim. Şadam ki, iki qol vurdum. Heç bir danışılmış oyun olmayıb. Rəqib futbolçunun niyə elə dediyi anlamıram ("Rəvan"ın futbolçusu Zahid Quliyevin iddiasına görə, Canelidze bu oyun zamanı komanda yoldaşına deyib ki, daha bir qol vuraq, mənim də "stavka"m düzəlsin). Mən heç vaxt oyunlara pul qoyuluşu etməmişəm. Bu, yalandır".
