"Dəniz Yılmazın ehtiyatda qalmalı olduğunu düşünürdüm"
Türkiyənin "Bursaspor" klubunun mətbuat xidmətinin rəhbəri Suat Paçacı Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın uzun müddətdən sonra Super Liqanın son turunda "Rizəspor"la oyunda dubla imza atmasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Komandada daşlar yerinə oturmağa başladı. Zədəsi sağalan Dəniz Yılmaz qol vura bilməməyinin də verdiyi streslə istənilən performansı göstərə bilmirdi. Mən də daxil olmaqla əksər "Bursaspor"lu onun bu tur istirahət edəcəyini düşünürdük. Ancaq baş məşqçilik komandasına və oyunçusuna güvənmək deməkdir. Hamza Hamzaoğlu da bəzi matçlarda yaxşı performans sergiləyə bilməməsinə rəğmən, Yılmaza güvəndi və nəticə ortadadır. Dənizin 2 qolla birlikdə üzərindəki stress və basqını attığını düşünürəm".
