7 dekabr 2016 00:40
Ruven Şreder: Hədəf Qəbələyə qalib gəlməkdir
Almaniyanın "Maynts" klubunun idman direktoru Ruven Şreder Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, klub televiziyasına açıqlamasında bunları söyləyib:
"Qəbələ" ilə qarşıdakı oyunda hədəfimiz birdir - qələbə qazanmaq! Əldə etdiyimiz nəticələrdə bizim də günahımız var. Odur ki, stadiona gələn hər kəsi sevindirməliyik".
