7 dekabr 2016 00:30

Cüneyt Biçər: Azərbaycan futbolu səviyyəcə geriləyib

"Bakı" və "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi, hazırda Türkiyənin "Altay" klubu çalışdıran Cüneyt Biçər Azərbaycan futbolu barədə fikirlərini bölüşüb. Türkiyəli mütəxəssis azerisport.az saytına açıqlamasında bunları söyləyib:

"Zaman tapdıqca Azərbaycan futbolu ilə maraqlanıram. Fikrimcə, mən Azərbaycan liqasında çalışdığım dövrlə müqayisədə çox şey dəyişib. Məsələn, ən azından "Bakı" və "Xəzər Lənkəran" kimi ciddi klublar hazırda Premyer Liqada deyil. Əvvəlki rəqabət yoxdur. Bu üzdən də futbolunuzun səviyyəsinin aşağı düşdüyünü düşünürəm".

"Qarabağ", son dövrlərdə isə "Qəbələ" yaxşı mənada dəyişib, inkişaf edib. Xüsusilə Ağdam klubunun rəhbərliyi bu komandaya sabitlik gətirib. Onların dostum Qurban Qurbanova göstərdiyi inam və etimad da öz bəhrəsini verir. "Qarabağ"a bundan da böyük uğurlar arzulayıram. Ağdamlılar bu mövsüm də çempion ola bilər. Amma "Qəbələ" də onlarla rəqabət aparacaq gücdədirlər".

Biçər Ağdam klubunun Avropa Liqasının qrup mərhələsindəki son oyununda İtaliya "Fiorentina"sına qalib gəlmək şansları barədə də danışıb: "Qarabağ"a "Fiorentina" üzərində qələbə qazanmağı ürəkdən arzulayıram. Əminəm ki, Qurbanov və komandası pley-offa yüksələcək".

O, millimizin DÇ-2018-in seçmə mərhələsindəki çıxışından da söz açıb: "Komandanızın çıxışını uğurlu saymaq olar. Yığmanız yüksək səviyyəli nəticələr göstərir. Ümid edirəm ki, uğurun davamı gələcək və milliniz qrupdan çıxacaq. "Trabzonspor"da çox forma şansı qazanmayan Ramil Şeydayev barədə yalnız onu deyə bilərəm ki, hər bir futbolçu üçün ən yaxşı klub onun mütəmadi oynadığı komandadır. "Bursapor"lu Dəniz Yılmaza gəlincə, onun yığmanızda oyununu gördüm. Şübhəsiz ki, ona inandıqlarını göstərdilər. Ümid edirəm ki, o, etimadı doğruldacaq və Azərbaycan yığmasına faydası toxunacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.