7 dekabr 2016 00:10
Ruslan Qurbanov: Almaniyada ən azı heç-heçə etmək istəyirik
"Qəbələ"nin hücumçusu Ruslan Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Maynts" klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" və "Zaqatala"ya qarşı keçirdiyimiz oyunlar artıq geridə qalıb. Bizi hazırda yalnız "Maynts"la oyun düşündürür. Bu görüşün çətin keçəcəyini bilirik. Meydan sahiblərinin güclü azarkeş dəstəyi olacaq. Amma "Qəbələ"də psixoloji vəziyyət rəqibə nisbətən daha yaxşıdır. İtiriləsi heç nəyimiz qalmasa da, Almaniyaya gəzintiyə getmirik. "Maynts"ı məğlub etmək, ən azı heç-heçəyə nail olmaq istəyirik".
