6 dekabr 2016 19:00
AƏFM layihəsi Lənkəran şəhərində
Açıq Əyləncəvi Futbol Məktəbləri layihəsi çərçivəsində növbəti tədbir Lənkəran şəhərində keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə Cənub Regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadə, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Cavadov, Osman Mirzəyev adına Uşaq Evinin direktoru İradə Axundova, təlimatçılar və məşqçilərlə yanaşı “Zirvə” klubunun üzvləri iştirak ediblər.
Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları hədiyyə olunub.
