6 dekabr 2016 17:30

Debütantların ilk oyun sevinci

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Şahdağ”la oyunda “Kəpəz”in heyətində əvəzedicilərdən çağırılan üç futbolçu oynamaq şansı əldə etdi. Azerisport.az xəbər verir ki, əvəzedici komandanın kapitanı Qaraxan Əliyevlə hücumçu Fərid Məmmədov ilk yarıda, yarımmüdafiəçi Əli Səmədov isə fasilədən sonra meydana çıxdı. Premyer Liqa matçında oynayan Səmədovdan fərqli, Əliyevlə Məmmədov “sarı-göylər”in heyətində debüt etdi.

Klub saytı komandanın kubokda mərhələ adlamasında rolu olan gənc oyunçulardan açıqlama alıb.

Qaraxan Əliyev: “Meydana daxil olanda həyacan vardı, məncə, bu da təbiidir. Vaxt irəlilədikcə oyuna uyğunlaşdım. Təcrübəlilərin yanında oynadım, bu şansı yaratdığına görə baş məşqçi Şahin Diniyevə minnətdaram. Əvəzedici heyətdə çıxış edən futbolçuların hamısı əsas komandadan dəvət gözləyir. Çalışacağam ki, daha tez-tez çağırılım. Məşqçilərimiz gənclərin oynamasına imkan verir və bu, bizim ürəyimizcədir. Odur ki, yenə əsas komandaya dəvət alacağıma ümid edirəm. Oyuna gəlincə, rəqib aqressiv komanda idi, hesab sizi aldatmasın, deməzdim ki, lap asanlıqla qələbə qazandıq. Növbəti mərhələyə vəsiqə əldə etdiyimiz üçün sevincliyik”.
 
Əli Səmədov: “Premyer Liqa oyunlarında meydana çıxsam da, kubok matçında ilk dəfə oynayırdım. Rəqibə hörmətlə yanaşıram, amma “Şahdağ” elita klublarından bir qədər zəifdir. Ona görə də çox da çətinlik çəkmədik. Yaxşı, mübarizəli oyun oldu. Bəlkə də daha çox qol vura bilərdik. İmkanlarımız oldu, alınmadı. 5:1 hesabı da yaxşı nəticədir. Qol da vura bilərdim, hücuma qoşulmuşdum, amma zərbəm dəqiq olmadı. “Kəpəz”də debüt etmişəm, qalır qol vurmaq. Yəqin ki, tezliklə bu arzuya da çataram. Oyundan-oyuna daha yaxşı çıxış etməyə səy göstərirəm”.
 
Fərid Məmmədov: “Biz gənclər həmişə öz şansımızı gözləyirik. Ümid edirdim ki, kubok matçında oynaya biləcəyəm. Meydana çıxandan sonra mənə yaradılan imkandan yararlanmağa, özümü göstərməyə çalışdım. Necə alındığını bilmirəm. Epizodların birində qol vurmaq üçün fürsət əldə etdim. Topa başla toxuna bilərdim, amma akrobatik tullanışla zərbə endirməyi seçdim. Qolun daha baxımlı olmasını istədim, son nəticədə topa bir az geçikdim. Qol olmasa belə azarkeşlər əməyimi qiymətləndirib məni alqışladılar. Adımın çəkilməsi məni ruhlandırdı. Fanatların dəstəyinə ehtiyacımız var, onlara təşəkkür edirəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.