6 dekabr 2016 16:00
Serjinyo: İnter güclü olsa da, Kəpəzlə matçın favoriti deyil
"Kəpəz"in yarımmüdafiəçisi Serjinyo Azərbaycan Kubokunun 1/4 final mərhələsində üz-üzə gələcəkləri "İnter"lə oyunlarda rəqibi favorit hesab etmədiyini vurğulayıb. Azerisport.az saytına açıqlamasında o, bunları qeyd edib:
"Kubokdakı ilk oyunumuzda "Şahdağ"a qarşı çox güclü çıxış etdik və Birinci Divizion təmsilçisinə sürpriz etməyə imkan vermədik. Növbəti rəqibimiz "İnter"dir. Güclü komandadır, amma cütün favoriti deyil. Ümumiyyətlə, bu cütdə favorit görmürəm. Hər iki klub növbəti mərhələyə vəsiqə qazana bilər. Bakıdakı ilk oyunda uğur qazana bilsək, cavab oyunu öncəsi üstünlük qazanmış olacağıq. Çempionatda "İnter"ə qarşı yaxşı oynamışdıq".
