AFFA 3 komandaya texniki məğlubiyyət verdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA tərəfindən təşkil olunan müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:
U-19 Liqasında “Zirə” (Bakı) – “İnter” (Bakı) matçının 65-ci dəqiqəsində “İnter”in futbolçusu Ceyhun Muxtarlı rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
U-19 Liqasında “Sumqayıt” – “Neftçi” İK İB matçının 90+2-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Sahib Cümşüdov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
U-15 Liqasında “Qəbələ” – “Neftçi” matçının 58-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Hüseyn Ələsgərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
U-15 Liqasında “Vətən” RİOEUG (Bakı) – “Sumqayıt” matçının 70+3-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Elçin Abbasov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
U-19 Liqasının "Qəbələ" – “Şərurspor” matçında “Şərurspor” iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-10 Liqasının UGİM (Bərdə) – UGİM (Naftalan) matçında UGİM (Naftalan) iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-12 Liqasının UGİM (Qazax) – Ümid Əlim.Bəl. matçında Umid Əlim.Bəl. iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Sirab” – “Atletiko Baku” matçının 39-cu dəqiqəsində “Sirab”ın futbolçusu Tural Hüseynov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Oyunun 49-cu dəqiqəsində “Sirab”ın futbolçusu Anar Abbasov da hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
Futzal üzrə Azərbaycan birinciliyinin “Gənclərbirliyi” – “Qarabağ” matçının 28-ci dəqiqəsində “Gənclərbirliyi”nin futbolçusu Nemət Manafov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
