6 dekabr 2016 14:50

Roman Qriqorçuk: Qəbələnin pis oynadığını düşünmürəm

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun azerisport.az saytına müsahibəsi

- Qarşıda Avroliqa çərçivəsində Almaniya "Maynts"ı ilə oyun var. Son oyunda nəyə ümid edirsiniz?
- Vəziyyətdən asılı olmayaraq, bizim üçün inkişaf etmək vacibdir. Beş oyun keçirmişik. Üçüncü turdan etibarən daha yaxşı oynayırıq. Bu yüksəlişin davamını görmək istəyirəm. Hədəfimiz belə rəqiblərlə bərabər səviyyədə oynamağa alışmaqdır.

- Azərbaycanlı mütəxəssislərdən biri "Qəbələ"nin böyük hesabla uduzacağını proqnozlaşdırıb. Bu, mümkündür?
- Bu fikri müzakirə edə bilmərəm. Hər kəsin öz fikri var. Biz yaxşı futbol göstərmək istəyirik. Bunu bacarsaq, nəticə də qazana bilərik.

- Baqali Dabo oynayacaq?
- Dəqiq söz söyləmək çətindir. Amma böyük ehtimalla oynayacaq.

- Meydana döyüşkən heyət buraxacaqsınız, ya buna ehtiyac duymursunuz?
- Heyət Belçika "Anderlext"i ilə son oyundakına oxşar olacaq.

- Sanki son uğursuzluqlar komandanızda özünəinamın itməsinə səbəb olub...
- Bunu deyə bilmərəm. Çünki pis oynadığımızı düşünmürəm. Düzdür, Azərbaycan Kubokunun 1/8 finalında "Zaqatala" ilə görüşdə komanda özünü yaxşı tərəfdən göstərə bilmədi. Amma bunun da öz səbəbləri var.

- Sizinlə eyni gündə "Qarabağ" Bakıda İtaliya "Fiorentina"sı ilə qarşılaşacaq və pley-offa çıxmaq üçün mübarizə aparacaq. Onların şansları barədə nə deyə bilərsiniz?
- Bu, təkcə "Qarabağ" yox, bütövlükdə Azərbaycan futbolu üçün tarixi bir şansdır. Ağdam klubuna bu şansdan yararlanmağı, heç bir Azərbaycan klubunun nail olmadığı bu uğuru qazanmalarını arzulayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.