6 dekabr 2016 14:30
Qəbələnin futbolçusu cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasındakı çempionatın 3-cü turunun təxirə salınmış bir oyunu ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Qəbələ” - “Sumqayıt” matçında “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.
Oyunun 82-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Ülvi İbazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunub.
