AFFA Qarabağa xəbərdarlıq edib, Rəvanın futbolçusuna 7 oyunluq cəza kəsdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“İnter” - “Qaradağ Lökbatan” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
AZAL – “Rəvan” matçının 90+1-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Zahid Quliyev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman rəqibin etnik mənsubiyyətinə qarşı təhqiramiz ifadəyə yol verdiyinə görə 7 oyun cəzalanıb, klubu 640 manat cərimə olunub.
“Qəbələ” - “Zaqatala” matçında “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Qarabağ” – “Səbail” matçında stadionda radio-informasiyanın 17 dəqiqə gec verilməsinə görə “Qarabağ”a xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub cəzalanacaq.
