6 dekabr 2016 13:40
Arif İsayev: Qəbələ Qarabağla çempionluq uğrunda mübarizə aparacaq gücdədir
"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Arif İsayev keçmiş klubunun çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"nin "Zaqatala" ilə kubok oyununda çətinliklə üzləşməsi onlarda ciddi problemlərin olmasından xəbər vermir. Görünür, rəqib bu oyuna daha yaxşı köklənibmiş, "Qəbələ" isə az güc sərf etməklə mərhələ adlamaq istəyirmiş. Əsas odur ki, komanda 1/4 finala yüksəlib. Komandanın çempionluq perspektivi barədə danışmaq hələ tezdir. Amma böyük ehtimalla qızıl medallar uğrunda mübarizə məhz "Qarabağ" və "Qəbələ" arasında gedəcək. "Qəbələ" Ağdam klubu ilə çempionluq uğrunda mübarizə aparacaq gücdədir. Bunun üçün onların yetərli resursu da var".
