6 dekabr 2016 13:10
Migel Leal: Kamran Ağayev pis qərar qəbul etdi
Portuqaliyanın "Boavişta" klubunun baş məşqçisi Migel Leal ötən gün qarşılaşdıqları "Pasuş de Ferreyra" ilə səfər oyununda Kamran Ağayevin ikinci qoldakı səhvinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Onun bu səhvini zədə ilə əlaqələndirməzdim. Həmin anda o, pis qərar qəbul etdi. Topa çıxmağa dəyməzdi. Amma onun bu gün meydana çıxması ümumiyyətlə sual altında idi. Meydana çıxmaq üçün çox güc sərf etdi".
