6 dekabr 2016 12:40
Bernardeski: Qarabağa qalib gəlmək istəyirik
İtaliyanın "Fiorentina" klubunun yarımmüdafiəçisi Federiko Bernardeski Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Palermo ilə oyundan sonra komandamız qarşıdakı Avroliqa matçına köklənib. PAOK-a öz meydanımızda uduzduğumuza görə, bu dəfə vəziyyəti düzəldib, qrupdan çıxmaq istəyirik. "Qarabağ"a qalib gəlmək və qrupu birinci pillədə başa vurmaq istəyirik".
