6 dekabr 2016 12:00
Əliyar Ağayev birinci kateqoriyaya yüksələ bilər
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev tezliklə UEFA-nın birinci kateqoriyalı hakimləri siyahısına daxil ediləcək. Azerisport.az xəbər verir ki, bu həftə UEFA Hakimlər Komitəsinin iclası keçirilməlidir.
İclasda birinci kateqoriyaya keçirilməyə namizəd olan hakimlərlə bağlı müzakirələr aparılacaq ki, onlardan biri də Əliyardır. Ağayevin bu mövsüm idarə etdiyi Avropa Liqasındakı və DÇ-2018-in seçmə mərhələsindəki oyunlarda idarəçiliyinə əsasən, onunla bağlı yekun qərar veriləcək.
Qeyd edək ki, azərbaycanlı hakimin birinci kateqoriyaya daxil edilməsi onun UEFA Çempionlar Liqasının oyunlarını idarə etməsinə şərait yaradacaq.
