6 dekabr 2016 11:30

Vüqar Nadirov: Qarabağ tarix yaza bilər, hər şey öz əlimizdədir

"Qarabağ"ın hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi

- "Səbail"lə kubok oyununda da sizə şans verilmədi. Niyə oynamadınız?
- Təxminən 3 həftədir zədəliyəm. Məşqləri yenicə bərpa etmişəm.

- Harada zədə aldınız?
- Əvəzedicilərin çempionatında. 3-4 günə komanda ilə məşqlərə başlayacağam. Hazırda həkimlərin qərarını gözləyirəm.

- Bu qədər az oynadığınızı nəzərə alsaq, qışda klubunuzu dəyişməyi düşünmürsünüz?
- Xeyr, "Qarabağ"dan getmək istəmirəm. Məşqləri bərpa edib, şansımı gözləyəcəyəm. Əminəm ki, hər şey yaxşı olacaq.

- Qurban Qurbanovla bu barədə söhbətiniz olub?
- O, heç kimə şans söz vermir. Kim yaxşı formadadırsa, o da oynayır. Mən də oynamaq üçün tam hazır olmalıyam.

- "Qarabağ"ın "Fiorentina" ilə Avroliqa oyunundan nə gözləyirsiniz?
- Komandamız oyuna ciddi hazırlaşır. Bütün oyunçular bu matçın önəmini anlayır. Azərbaycan futbolunda yeni tarix yazmaq istəyirik. Hər şey öz əlimizdədir.

- Vaxtilə "Qarabağ"da və millidə sabit oynayırdınız. İndi bu komandaların oyununu kənardan izləmək ağır deyil?
- Haqlısınız, bu komandaların oyununu kənardan izləmək mənim üçün çox ağırdır. Mən də oynamaq, qollar vurmaq istəyirəm. Meydana çıxmaq üçün öncə formamı bərpa etməliyəm.

- O dövrlə müqayisə sizə münasibətdə nəsə dəyişib?
- "Qarabağ"da elə şey yoxdur ki, kim oynamırsa, ona pis baxsınlar. Komandada hamı bir-birini yaxşı tanıyır. Az və ya çox oynamağımdan asılı olmayaraq, daim komandanın yanındayam. Azarkeşlərə gəlincə, onların da dəstəyini almağa çalışıram. Yəqin ki, onlar da məni sevirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.