6 dekabr 2016 10:40
"Dəniz Yılmazı yenidən qazandıq"
Türkiyənin "Bursaspor" klubunun baş məşqçisi Hamza Hamzaoğlu Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın çıxışından danışıb. Azerisport.az xəbər verir ki, o, ötən gecə "Rizəspor"a qarşı keçirdikləri və millimizin forvardının dubla imza atdığı oyundan (2:1) sonra bunları söyləyib:
"Dəniz ötən il bizim üçün önəmli bir fiqur idi. Amma həmin vaxt etdikləri artıq unuduldu. Bəzən oyunçular istədiklərini edə bilmirlər. Həmin müddətdə oyunçulara şans tanımaq lazımdır. Mən də Dənizlə bağlı israr etdim. Onu yenidən qazandıq".
