6 dekabr 2016 01:55
Eminlə Kamran oynadı, Boavişta uduzdu
Futbol üzrə Portuqaliya çempionatında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Kamran Ağayevlə Emin Mahmudovun komandası - "Boavişta" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Pasuş de Ferreyra" ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Kamran yenə start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. Emin isə 57-ci dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, "Boavişta" hazırda 13 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
