6 dekabr 2016 01:00

Nikos Panayotu: Teo Uiksin dəstəyə ehtiyacı var

Kiprin "Ermis" klubunun baş məşqçisi Nikos Panayotunun azerisport.az saytına müsahibəsi

- Teo Uiksin "Qəbələ"dəki çıxışı ilə maraqlanırsınız?
- Əlbəttə, maraqlanıram.

- Onun Azərbaycan klubundakı çıxışını necə qiymətləndirərdiniz?
- "Qəbələ" çox yaxşı komandadır. Uiks də bu komandaya çox kömək edir. Teo mövsümə çox yaxşı başladı. Avroliqada da uğurlu çıxış edirdi.

- Maraqlıdır ki, Uiks Avroliqaya çox uğurlu start versə də, sonradan həmin oyunu göstərə bilmədi. Sizcə, niyə?
- Uiks elə oyunçudur ki, ona güvənmək lazımdır. Ona güvənirlərsə, deməli, əla oynayır.

- Sizcə, "Qəbələ" Avroliqanın qrup mərhələsindəki ilk beş oyunun hamısında niyə uduzdu?
- Demək çətindir. "Qəbələ"nin çoxlu epizodları yaratdığını görmüşəm. Bəzi oyunlarda qələbəyə də çox yaxın olub. Amma son anda şansını əldən verib.

- Belə bir fikir var ki, Uiks təsnifat mərhələsi çərçivəsində "Maribor"la oyundakı qırmızı vərəqədən sonra "söndü"...
- Ola bilər. Qırmızı vərəqədən sonra futbolçunun özünə gəlməsi çətin olur. Həm də Uiks qarşısında tez-tez qırmızı vərəqə görən futbolçulardan deyil. Amma Teo çox yaxşı oyunçudur və o, komandasına kömək edəcək.

- Əvvəlki Uiksi qaytarmaq üçün nə lazımdır?
- Mən onu həm futbolçu, həm də insan kimi tanıyıram. Onun dəstəyə ehtiyacı var. Onunla söhbət edilməsini istəyir.

- Təsadüfən onu komandanıza qaytarmaq istəmirsiz?
- O, həmişə komandamızın lideri olub. Növbəti yayda onun klubumuza qayıtmasını istəyərəm. Amma indi bu barədə danışmaq hələ çox tezdir.

- Bəs Uiks Kiprə qayıtmaq istəməyib, Azərbaycanda qalmaq istəsə, onda necə?
- Bu transfer barədə danışmaq çətindir. Amma mən onun "Ermis"ə qayıtmasını istəyərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.