Migel Lorenso: Neftçiyə də qalib gəlib yarımfinala çıxmaq istəyirik
"Zirə"nin müdafiəçisi Migel Lorenso Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Turan Tovuz" üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Layiqli qələbə qazandıq. Çünki bütün oyun ərzində topa nəzarət bizdə idi. Qol vurmaq üçün xeyli şansımız olsa da, yalnız son anda sevinə bildik. TT normalı komandadır. Heyətində 2-3 futbolçunu xüsusi fərqləndirmək olar. Bizim feyr-pley qaydalarını pozduğumuza dair ittihamlara gəlincə, Tovuz klubu özü buna əməl etmədi. Rəqib futbolçular tez-tez yerə yıxılırdılar, vaxt öldürürdülər. Biz isə futbol oynamaq istəyirdik. Kimin feyr-pleyi pozduğunu hamı yaxşı gördü. Qarşıda "Neftçi" ilə kubok matçı var. Rəqibin hansı vəziyyətdə olması ilə maraqlanmırıq. Qələbə qazanıb, yarımfinala çıxmaq istəyirik".
