5 dekabr 2016 16:15
Vəli Qasımov: Qarabağ da, Qəbələ də böyük hesabla uduzacaq
Azərbaycanlı mütəxəssis Vəli Qasımov Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyunlarını keçirəcək "Qarabağ" və "Qəbələ"nin şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" bütövlükdə bu avrokubok mövsümündə yaxşı futbol sərgiləyib. Fikrimcə, onlar pley-offa çıxmağa layiqdirlər. Sadəcə, "Fiorentina"ya qalib fələcəklərinə inanmıram. Onların da, elə səfərdə Almaniya "Maynts"ı iə qarşılaşacaq "Qəbələ"nin də böyük hesabla uduzacağını düşünürəm. Nə qədər çox istəsəm də, Ağdam klubunun qrupdan çıxacağına inanmıram. Hətta İtaliya klubu əsas heyətlə oynamasa belə, yenə də uğura inanmıram. Azərbaycan futbolunda geriləmə var. Ola bilər kimsə bunu görmür, amma belədir".
