5 dekabr 2016 15:00
Qarabağ - Fiorentina matçının biletləri satışa çıxarıldı
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ"la İtaliya "Fiorentina"sı arasındakı oyunun biletləri bu gündən satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletləri matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək olar.
Biletlərin qiyməti isə 1-20 manat aralığında dəyişir. VİP yerlərə biletlərin qiyməti 50 manatdır.
"Qarabağ" - "Fiorentina" matçı dekabrın 8-də keçiriləcək və saat 20:00-da start götürəcək.
