5 dekabr 2016 14:10
Qəbələnin son oyunu uelsli hakimlərə həvalə olundu
Avropa Liqasının qrup mərhəlsəi çərçivəində keçiriləcək “Maynts” – “Qəbələ” oyununu idarə edəcək hakimlər bəlli olub. Azerisport.az xəbər verir ki, qarşılaşmanı uelsli hakimlər briqadası idarə edəcək.
Baş hakim Li Evans təyin olunub. Ona yan xətt hakimləri Qaret Cons və Luis Edvards kömək edəcək. Əlavə hakimlər Anto Brayan Markharm-Cons və Nik Pratt, ehtiyat hakim isə Daniel Bekett təyin edilib.
Qeyd edək ki, "Maynts" - "Qəbələ" matçı dekabrın 8-də keçiriləcək və saat 22:00-da start götürəcək.
