5 dekabr 2016 14:00
Qarabağ - Fiorentina matçı xorvatlara tapşırıldı
Avropa Liqasının qrup mərhəlsəi çərçivəində keçiriləcək “Qarabağ” – “Fiorentina” oyununu idarə edəcək hakimlər bəlli olub. Azerisport.az xəbər verir ki, qarşılaşmanı xorvatiyalı hakimlər briqadası idarə edəcək.
Baş hakim İvan Bebek təyin olunub. Ona yan xətt hakimləri Tomislav Petroviçlə Miro Qrqiç kömək edəcək. Əlavə hakimlər Anto Vuçmiloviç-Şimuniç, Qoran Qabrilo, ehtiyat hakim isə Qoran Pataki təyin edilib.
Qeyd edək ki, "Qarabağ" - "Fiorentina" matçı dekabrın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
