5 dekabr 2016 13:30
Oqtay Abdullayev: Zirə belə etməməli idi
"Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abdullayev Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Zirə"yə uduzduqları oyunu (0:1) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamız Premyer Liqa klubuna qarşı yaxşı oynadı və 1/4 finala çıxa bilərdi. Yalnız sona 10 dəqiqə qalmış qapımızda qol gördük. Təəssüf ki, rəqib bizə feyr-pley qaydalarını pozmaqla qol vurdu. Məsələ burasındadır ki, oyunçumuza qarşı qayda pozuntusu olmuşdu. Baş hakim qayda pozuntusu qeydə almasa da, futbolçularımız dayandılar. Amma "Zirə"nin futbolçuları oyunçumuza tibbi yardım lazım olduğu halda, oyunu saxlamadılar. Hücumu davam etdirib, qol vurdular. "Zirə" belə etməməli idi".
