5 dekabr 2016 13:05
Qəbələnin bombardiri Mayntsa qarşı oynayacaq
"Qəbələ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Maynts" klubuna qarşı keçirəcəyi səfər matçına hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, Rəşad Eyyubov Belçika "Anderlext"i ilə oyunda meydandan qovulduğuna görə, bu matçda meydana çıxmayacaq.
Əvəzində komandanın ən yaxşı bombardiri Baqali Dabo tam sağalıb və Almaniya klubuna qarşı oynaya biləcək.
