5 dekabr 2016 12:05
Qəbələnin Almaniya planı
Avropa Liqasının qrup mərhələsinin son turunda Almaniyanın "Maynts" klubunun qonağı olacaq "Qəbələ" bu ölkəyə oyundan bir gün öncə yollanacaq. Azerisport.az xəbər verir ki, Roman Qriqorçukun komandası dekabrın 7-də, səhər saat 10:30-da çarter reysi ilə yola çıxacaq.
Komanda oyundan bir gün sonra vətənə dönəcək.
Qeyd edək ki, "Maynts" - "Qəbələ" matçı dekabrın 8-də keçiriləcək və saat 22:00-da start götürəcək.
