5 dekabr 2016 11:45

“Özümü çempionatımızın texnikalı və ağıllı futbolçuları arasında görürəm”

"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Eyubovun azerisport.az saytına müsahibəsi

- "Qəbələ" Birinci Divizion təmsilçisi "Zaqatala"nı niyə çətinliklə keçə bildi?
- Kubok oyununda tamamilə fərqli atmosfer olur. Burada rəqibin birinci və ya ikinci divizion təmsilçisi olmasının fərqi yoxdur. Aşağı liqa təmsilçilərinin elita klubunu kubokdan kənarlaşdırmasının dünyada çoxlu nümunələri var. Ona görə çətinliklə də olsa, mərhələ adlamağımızdan razıyıq.

- Növbəti mərhələdə də AZAL-la qarşılaşacaqsınız. Razısınız ki, püşk üzünüzə gülür?
- Bizim üçün asan keçilən rəqiblərin düşdüyünü deməzdim. Pley-off oyunları Premyer Liqa matçlarından çox fərqlənir. Əksər komandalar üçün bu, Avropa Liqasına ən qısa yol hesab olunur.

- Amma "Qəbələ" üçün əsas hədəf yalnız avrokuboklara vəsiqə qazanmaq deyil...
- Əlbəttə, əsas hədəfimiz bu mövsüm titul qazanmaqdır. Amma razılaşaq ki, Avroliqada iştirak çox prestijlidir.

- Qrup mərhələsinə vəsiqə qazanıb, oradakı bütün oyunlarda uduzmaq da?
- Ondan başlayaq ki, bu turnirdə oynamaq klubun büdcəsinə faydalıdır. Fikrimcə, heç bir klub hətta altı oyunda uduzmasına rəğmən, milyonlarla avrodan imtina etməzdi. Özü də belə çətin bir dövrdə. Həm də biz özümüz böyük təcrübə toplayırıq. Bir neçə il öncə yəqin ki, heç kimin ağlına da gəlməzdi ki, Azərbaycan klublarının ikisi ardıcıl iki mövsüm Avroliqanın qrup mərhələsində oynayacaq.

- "Qəbələ"nin kuboku qazanması realdırmı?
- Əsas oyundan-oyuna irəliləməkdir. Azərbaycan Kubokunda qələbə qazanmaq bizim arzumuzdur.

- Qarşıda sizi Avropa Liqası çərçivəsində "Maynts"la son turun oyunu da gözləyir...
- Onların da itirəcəyi bir şey qalmayıb, bizim də. Sadəcə, onu başa düşmək lazımdır ki, biz mövsüm ərzində 10 ciddi, yüksək sürətli oyunun iştirakçısı oluruq. Amma rəqiblərimiz üçün belə oyunlar bütün mövsüm ərzində olur, onlar üçün bu, adi haldır. Səviyyə fərqi böyükdür. Bizim üçün məğlubiyyət faciə sayılmamalıdır. Əsas layiqli oynamaq və qələbəyə ümid etməkdir.

- "Anderlext"lə oyundan sonra baş məşqçiniz Roman Qriqorçuk bəyan etmişdi ki, Eyubovun ifaçılıq bacarığı o dərəcədə yüksək deyil ki, topla yaxşı oynasın, düzgün qərarlar qəbul edə bilsin. Onun bu sözlərini necə qarşıladınız?
- O, həm də mənim yaxşı oynadığımı söyləmişdi (gülür). Məşqçi ilə həmin oyun barədə söhbətimiz olub. Onun mənə iradı olmayıb. Ustalığa gəlincə, heç kimi aldada bilmərəm, mən Messi və ya Ronaldo deyiləm ki. Amma özümə görə ustalığım var. Özümü çempionatımızın texnikalı və ağıllı futbolçuları arasında görürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.