5 dekabr 2016 11:00
Boavişta Kamranla bağlı riskə gedir
Portuqaliyanın "Boavişta" klubu bu gün 12-ci tur çərçivəsində səfərdə autsayderlər qrupunda qərarlaşmış "Pasuş de Ferreyra" ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular Emin Mahmudovla Kamran Ağayevin komandası bu matçdan mütləq qələbə ilə ayrılmaq və turnir cədvəlində bir neçə pillə irəliləmək arzusundadır.
Elə bu üzdən də millimizin qolkiperi Kamranın zədəli olmasına rəğmən, bu görüşdə meydana çıxması ehtimal olunur. Belə ki, həkimlər son anda onun meydana çıxmasına razılıq versələr, məşqçilər korpusu Ağayevlə bağlı riskə getməyi düşünürlər.
Qeyd edək ki, bu oyun gecə yarısı, saat 00:00-da start götürəcək.
