5 dekabr 2016 10:30
Millimiz daha bir yoxlama oyununda qalib gəldi
Bakıda təşkil olunmuş seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, “İnter” klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qələbə qazanıb. Qolun müəllifi Fərid Nəbiyev olub.
Xatırladaq ki, yığmamız bundan əvvəlki oyununu Birinci Divizion təmsilçisi “Səbail” komandasına qarşı keçirərək 3:1 hesabı ilə qalib gəlmişdi.
