5 dekabr 2016 01:00

“Ramil Şeydayevin yığmaya faydalı olması üçün klubunda oynaması lazımdır”

Azərbaycan yığmasının sabiq yarımmüdafiəşisi Ramal Hüseynov keçmiş klubu "Qarabağ"ın çıxışından, eləcə də Azərbaycan yığmasının hücumçuları - Dəniz Yılmazla Ramil Şeydayevdən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Qarabağ" bu mövsüm yenə çempion olacaq. Mən bunu hələ mövsümün əvvəlindən demişəm".

Hüseynov Ağdam klubunun Avropa Liqasında İtaliya "Fiorentina"sına qalib gələcəyinə də inanır: "Məğlubedilməz komanda yoxdur. Ağdam klubu "Fiorentina"ya qalib gələ bilər. Əlbəttə, "Qarabağ" müdafiədə otursa, uduzacaq. Rəşad Sadıqovun yoxluğu komanda üçün böyük itkidir. Amma istənilən halda İtaliya klubu üzərində qələbəyə ümid edirəm".

"Qarabağ"da Dino Ndlovunun da oyunu xoşuma gəlir. Reynaldoya baxanda, o, daha yaxşı təsir bağışlayır. Braziliyalının vaxtı gedib. O, daha "Qarabağ"a faydalı deyil. Onun əvəzində daha gənc və perspektivli forvard oynamalıdır".

"Dəniz Yılmazın yığmamıza dəvət almasına normal yanaşıram. Amma o, yüksək səviyyəli hücumçu deyil. Əks halda Türkiyə yığmasına dəvət alardı. Orada lazım olmadığına görə, bizim yığmada oynamağa razı olub. Bizim Yılmazdan daha güclü hücumçularımız var. Sadəcə, onları görmürlər, inanmırlar. Bizimkilərə də ad lazımdır. D.Yılmaz da "Bursaspor"da oynayır".

"Ramil Şeydayevə gəlincə, o, "Trabzonspor"da oynamasa da, millidə əsas heyətdə meydana çıxır. Bizim zəif nöqtəmiz də elə budur. Öncə oyunçu "Trabzonspor"da heyətə düşməlidir ki, yığmaya da dəvət olunsun. Bununla Ramilin pis futbolçu olduğunu demək istəmirəm. "Trabzonspor"a keçibsə, deməli, yaxşı forvarddır. Sadəcə, üzərində işləməsi, orada oynaması lazımdır ki, yığmamıza da faydalı olsun. Onun əvəzində sabit oynayan hücumçuya dəvət göndərmək daha yaxşı olar".

"Azərbaycan futbolu kənardan necə görünür? Pis. Çempionatda 8 klub çıxış edirsə, başqa nə gözləmək olar ki? Türkiyədə Premyer Liqamızda neçə klubun oynadığını soruşanda, cavab verirəm ki, 8. Onlar gülürlər və deyirlər ki 8 komandalı çempionatda necə mübarizə aparmaq olar?"

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.