5 dekabr 2016 00:15
Boaviştanın baş məşqçisi: Kamran Ağayev oynamayacaq
Portuqaliyanın "Boavişta" klubunun baş məşqçisi Migel Leal azərbaycanlı qapıçıları Kamran Ağayevin aldığı zədədən danışıb. Azerisport.az xəbər verir ki, 12-ci tur çərçivəsində "Pakoş Fereyra" ilə oyun öncəsi fikirlərini bölüşən mütəxəssis bəyan edib ki, millimizin qapıçısı bu görüşdə meydana çıxmayacaq.
Qeyd edək ki, Kamran bir neçə gün öncə aldığı zədə səbəbindən böyük ehtimalla dekabr ayında meydana çıxmayacaq. Amma baş məşqçi qapıçının tezliklə sıraya dönməsi üçün əllərindən gələni edəcəklərini bildirib.
