5 dekabr 2016 00:00
Panatinaikos Qarabağın rəqibini məğlub yola saldı
Futbol üzrə Yunanıstan çempionatında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan PAOK da növbəti matçını keçirib.
Sözügedən klub səfərdə "Panatinaikos"la qarşılaşıb. PAOK bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Qeyd edək ki, hesabından 3 xalı silinmiş "Qarabağ"ın rəqibi hazırda 11 xalla 16 klub arasında 11-ci pillədə qərarlaşıb.
