4 dekabr 2016 23:30
Məsimovsuz Domjale yenə xal itirdi
Futbol üzrə Sloveniya çempionatında 20-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Krsko" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Samirin adı əvvəlki 19 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" 20 turdan sonra 35 xalla 10 klub arasında 3-cü pillədə qərarlaşıb.
