4 dekabr 2016 23:00
Dadaşov qol vurdu, komandası qələbə qazandı
Almaniyanın Şimal-Şərq Regional Liqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu - "Moyzelvits" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Auerbax"la qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan qələbə ilə ayrılıb - 3:1.
Oyuna start heyətdə başlayan Dadaşov 90-cı dəqiqədə əvəzlənib. Qarşılaşmada hesabı da məhz 30-cu dəqiqədə Rüfət açıb.
Qeyd edək ki, 16 turdan sonra "Moyzelvits" 15 xalla 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.
