4 dekabr 2016 22:30
Qəbələnin rəqibi səfərdə məğlub oldu
Futbol üzrə Fransa çempionatında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Sent-Etyen" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Renn"lə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:2.
Qeyd edək ki, "Sent-Etyen" hazırda 22 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.
