4 dekabr 2016 21:30
Erat oynamadı, Duysburq liderliyini qorudu
Almaniya üçüncü Bundesliqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası - "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Sportfrunde" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Erat bu oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Duysburq" 17 turdan sonra 31 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.
