4 dekabr 2016 14:30
Mahmud Qurbanov: Robert Prosineçki heç-heçədən razı qaldı
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov baş məşqçi Robert Prosineçki ilə birgə İspaniya çempionatının son turu çərçivəsində keçirilmiş "Barselona" - "Real" oyununu izləmələrinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyundan bir gün öncə razılaşdıq ki, oyuna bir yerdə baxaq. Belə bir oyuna dəfələrlə həmin komandaların görüşündə iştirak etmiş biri ilə baxmaq xoş oldu. Prosineçkinin kiməsə üstünlük verdiyini hiss etmədim. Amma belə başa düşdüm ki, heç-heçədən razı qaldı".
