4 dekabr 2016 13:30

Qara Qarayev: Bizdən bunu tələb etməyə hər kəsin haqqı çatır

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- "Səbail" üzərindəki 5:0 hesablı qələbə ilə "Qəbələ" ilə oyundakı gərginliyi üzərinizdən ata bildiniz?
- Stress və gərginlik barədə düşünmək bizim işimiz deyil. Bu, futboldur. Xoşagəlməz hal yaşandı. Bununla bağlı baş məşqçimiz danışıb. Bizim işimiz sadəcə, meydana çıxıb oynamaqdır. Kaş bu hadisə olmayaydı... Oldusa da, bizi maraqlandırmamalıdır.

- "Qarabağ" rəhbərliyi və futbolçuları həmin olaylar zamanı kifayət qədər soyuqqanlı davrandı...
- Baş məşqçimiz də bizə deyib ki, belə mübahisəli epizodlardan kənar gəzin. Sözsüz ki, rəqib məğlub oldu deyə, bizə etiraz etməmək tapşırığı verildi. İstər meydanda, istərsə də meydandan kənarda buna ehtiyac yox idi. Həqiqətən maraqlı oyun oldu. "Neftçi” ilə keçirdiyimiz derbi oyunlarını bizə xatırlatdı. Çoxdandır belə maraqlı oyun olmurdu. Nəticədən aslı olmayaraq, hər iki klub çempionatda ən yaxşı yerlərə laiqdir.

- Bundan sonra "Qəbələ” və "Qarabağ” arasında problem yaranacağını düşünmürsən ki?
- Bizim rəqib oyunçularla heç bir problemimiz yoxdur. Klub olaraq da heç bir problem ola bilməz. Bir yanlış qərara görə iki klub arasındakı münasibət korlanmamalıdır. Bu, hakim səhvidir. Bizə qarşı da edilir. Qərəz bizə qarşı da olur. İnanmıram ki, o oyunda qərəz olsun. Bunu edən adam Allahdan qorxmur ki, bu qədər insanın haqqına girər? "Qəbələ” ilə münasibətlərimiz davam edir. Bu əslində, çox gözəl bir rəqabətdir. Çempionata rəng qata biləcək rəqabət hələ də qalıb.

- Qələbə seriyasını "Fiorentina" ilə qarşıdakı oyunda da davam etdirə biləcəksiniz?
- Bizim oyunlarımız həmişə son tura qalanda bir az stress, bir az da azarkeşlərlə media məsuliyyətimizi artırır. Hər kəs daha çox nəticə istəyir. Bu da bizə təsirsiz ötüşmür. "Fiorentina”yla oyuna rahat çıxsaq, yaxşı olar. "Slovan”la oyun futbolçu karyeramın ən önəmli oyunu idi. Amma nəticə qazana bilmədik. Hələ bir şansımız daha var. Bu, karyeramın davamı üçün çox önəmlidir. "Fiorentina” hədiyyə komanda deyil ki, rahat məğlub edək. Mübarizə, əzmkarlıq və azarkeş dəstəyi bizim üçün mütləqdir.

- Maksim Medvedevlə Migel Madera dəqiq oynamayacaqlar. Rəşad Sadıqovun da vəziyyəti bilinmir. Onların olmaması komandaya necə təsir göstərəcək?
- "Slovan”la oyunda bir oyunçumuzun olmaması bizə problemlər yaradırdı. Bu matçda da üçünün də olmaması, sözsüz ki, bizə mənfi mənada təsir göstərəcək. Amma komandamızda heyət genişdir. Onları əvəz edə biləcək futbolçularımız da var. Düşünürəm ki, onlar da yaxşı çıxış edəcəklər və mərhələni keçəcəyik. Bizdə stress yoxdur. Sadəcə, məsuliyyətimiz çoxdur. Bu da normaldır. Hər kəs qrupdan çıxmağımızı istəyir. Bəlkə də bu, bizə az da olsa, təsir edər. Hamının haqqı var ki, bizdən qrupdan çıxmağı tələb etsin. Bəzən qələbə haqqında çox düşünmək ziyanımıza ola bilir. Ona görə də sakit və səbrli olmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.