4 dekabr 2016 13:00
Qarabağın rəqibi yenə məğlub oldu
Futbol üzrə Çexiya çempionatında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Slovan" da növbəti matçına çıxıb.
Libereç təmsilçisi səfərdə "Vısoçino" ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Qeyd edək ki, "Slovan" hazırda 15 xalla 16 klub arasında 14-cü pillədə qərarlaşıb.
